Yurgen Klopp hakimə ƏSƏBİLƏŞDİ: "Yüz faiz penalti idi"

Yurgen Klopp hakimə ƏSƏBİLƏŞDİ:

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə çempionatının 28-ci turunun matçında "Mançester Siti"yə (1:1) təyin olunmayan penaltini şərh edib. 

 

Sfera.az bildirir ki, 90+9-cu dəqiqədə “Mançester Siti”nin hücumçusu Ceremi Doku “Liverpul”un cərimə meydançasında yarımmüdafiəçi Aleksis Mak Allisterin sinəsinə təpiklə zərbə endirib. Matçın hakimi buna görə penalti təyin etməyib.

 

Klopp bunu yanlış qərar hesab edib:

 

“Bu, 100% penalti, qayda pozuntusu və hətta sarı kart idi. Penalti təyin edilməməsi yanlış qərardır".

 

Qeyd edək ki, "Liverpul" hazırda 64 xalla Premyer Liqanın turnir cədvəlində ikinci yerdədir. “Mançester Siti” 63 xalla üçüncü pillədə qərarlaşıb.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR