Messinin yoxluğu "İnter Mayami"yə baha başa gəldi

İdman
15:30 / 11.03.2024
8143
"İnter Mayami" "Klub de Foote Monreal" klubunu qəbul edib.
Sfera.az bildirir ki, görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qaliblərin qollarına Fernando Alvares, Matias KoKaro və İbrahim Sunusi imza atıb.
“İnter Mayami”nin heyətində isə Leonardo Kampana və Xordi Alba fərqlənib. Argentinalı hücumçu Lionel Messi bu matçda heyətdə yer almayıb.
Qeyd edək ki, "İnter Mayami" mövsümdə ilk məğlubiyyətini alıb. Daha əvvəl komanda iki qələbə qazanıb, bir görüşü isə heç-heçə başa vurub.
Fatimə Lətif