"Real Madrid"dən La Liqada REKORD - "22 oyundur ki, uduzmur"

İdman
13:40 / 11.03.2024
8374
Ötən gün İspaniya La Liqasının 28-ci turunun matçında "Real" "Selta"nı darmadağın edib (4:0).
Sfera.az bildirir ki, Madrid komandası bununla ardıcıl 22 liqa matçında uduzmayıb.
Xatırladaq ki, Real Madrid La Liqada sonuncu dəfə təxminən beş ay əvvəl, sentyabrın 24-də məğlub olub. Bu, "Atletiko" ilə matçda baş verib (1:3).
Hazırda İspaniya çempionatının turnir cədvəlinə "Real Madrid" başçılıq edir. Los Blankos 28 turda 69 xal toplayıb. Real Madrid La Liqada növbəti matçını martın 16-da keçirəcək. Ançelottinin komandası səfərdə "Osasuna" ilə qarşılaşacaq.
Fatimə Lətif