Ekspertdən HƏYƏCAN TƏBİLİ: "Böyük iqtisadi böhran..."

Ekspertdən HƏYƏCAN TƏBİLİ:

“Son həftələr bitcoin və qızıl qiymətləri tarixi maksimumlardadır, ciddi ajiotaj var”.

 

Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

 

Ekspert bildirib ki, bu gedişatın 4 səbəbi ola bilər. Bunlardan ilk ikisi pandemiya və iqtisadi böhranla bağlıdır: 

 

“Belə ki, pandemiyanın cinayətkarcasına idarə edilməsi zamanı dünya iqtisadiyyatına 18 trilyon dollar pul səpildi, hər yerdə inflyasiya artdı, sadə insanlar kasıblaşdı, amma varlılar daha da varlandı. İndi həmin vəsaitin bir hissəsi “sterilizasiya” olunmalı, yəni “buxarlanmalıdır”. Bunun ən asan yollarından biri “coin”lərdə vəsaitin “yandırılmasıdır” ki, çox güman, indi həmin əməliyyata şahidlik edirik.Digər tərəfdən, dünyada çox böyük iqtisadi böhran gəlir, yatırımçılar qızıla və “coin”lərə yönələrək vəsaitlərini qorumağa çalışırlar”.
 

Digər səbəblər isə bank faizləri və “Bitcoin”lərlə bağlıdır:

 

“ÜFED və digər Mərkəzi Banklar bu il faiz endirimlərinə gedəcəklər, investorlar düşünür ki, bazarda yenə ucuz pullar artacaq, bu isə yatırım alətlərinin qiymətini yüksəldəcək . Buna görə də, öncədən bu alətlərə yönələrək sonradan qazanmaq istəyirlər, “Bitcoin”in yeganə məntiqi “aktivi” sayının məhdud olması məsələsidir. “Bitcoin”in “mining” (istehsal) sayı məhdud olduğu üçün indi sona gəlinir, sayı tükənməyə doğru gedir.  Amma düşünürəm ki, bu yatırımçılar üçün tələdir, çünki, artıq proses başlayıb, 1 “bitcoin”i, obrazlı desək, min yerə bölüb də satmaq olar, indi də eyni proses olacaq, birjalarda bitcoini “stock split” edib kiçik hissələrlə satacaqlar”. 

 

N.Cəfərli sonda qeyd edib ki, qızılın qiymətinin artması böhrandan xəbər verir:

 

“Dəfələrlə dediyim kimi, bitcoin tam spekulyativ və təklükəli aktivdir, bəli, kimsə böyük pullar qazanıb, qazanacaq da.  Amma unutmayın ki, kiçik qrup qazananda, həmişə böyük qrup insanlar uduzur, yəni uduzanlar olmasa, qazananlar da olmur. Yəni bundan öncə də “bitcoin” 70 minə yaxınlaşmışdı, 2022-ci ildə dəyəri 16 minə qədər düşdü, dünya üzrə kiçik yatırımçılar 1 trilyon dollar pul itirdilər. Qızıl isə ciddi məsələdir, tarixən qızıl iqtisadi təlatümlərdən öncə və ya böhranlar zamanı “güvənli liman” rolunu oynayır. İndi qızılın qiymətinin kəskin artması böyük böhranın qapıda olması deməkdir”.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

"Ukraynaya yardım edə bilməyəcəyik" - BMT

BMT qış aylarında Ukraynaya yardım edə bilməyəcək.   Sfera.az bildirir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ukraynadakı nümayəndə...

Bu qida altsheymer xəstəliyinə tutulma riskini AZALDIR - Həftədə 1 dəfə...

Yumurta Altsheymer xəstəliyinə tutulma riskini azaldan qidalardan hesab olunur.   Sfera.az xəbər verir ki, həftədə 1 dəfə yumurta yeyən insanlarda a...

Elm və Təhsil Nazirliyinin kollektivi Zəfər parkını ziyarət etdi - FOTOLAR

Sentyabrın 27-də Elm və Təhsil Nazirliyinin kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkında olub.   Sfera.az xəbər verir ki, parkın girişindəki xati...

Xətaidə boya sexindəki güclü yanğın məhdudlaşdırıldı

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerlə...

AFFA məşqçini cəzalandırdı

MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirili...

4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyin edildi

Postmüharibə dövründə 4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Eksper...