Roman Abramoviç La Liqa klubunu ALMAQ İSTƏYİR

İdman
11:55 / 11.03.2024
13502
Rusiyalı iş adamı Roman Abramoviç yeni futbol klubu almaq istədiyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı “Championat.com” saytı yayıb.
Məlumata əsasən, Abramoviç İspaniyanın "Valensiya" klubu almaq istəyir.
Xatırladaq ki, Abramoviç əvvəllər İngiltərənin “Çelsi” klubunun sahibi olub. 2022-ci ilin mayında o, klubu amerikalı iş adamı Todd Boehlinin konsorsiumuna 5,33 milyard dollara satıb. Abramoviç bu addımı Britaniya hökumətinin sanksiyalarına məruz qaldığı üçün atmağa məcbur olub.
Rusiyanın yəhudi əsilli iş adamı Abramoviç "Çelsi"ni 2003-cü ildə alıb. Bu müddət ərzində klub 5 dəfə İngiltərə çempionu olub, iki dəfə Çempionlar Liqası və Avropa Liqasının qalibi olub.
Vasif