“Qarabağ” “Zirə”yə qalib gəldi

“Qarabağ” “Zirə”yə qalib gəldi

Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

 

Sfera.az xəbər verir ki, son oyunda çempion “Qarabağ” meydançaya çıxıb.

 

Ağdam təmsilçisi qış fasiləsindən sonra uğursuz nəticələrlə yadda qalan “Zirə”ni qəbul edib. Qarşılaşmada hesabı 43-cü dəqiqədə meydan sahibləri açıblar. “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. 77-ci dəqiqədə bu dəfə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib.

 

İki dəqiqə sonra qonaqlar ümidləniblər. “Zirə”nin yeni transferi Sezar Meza Kolli adını tabloya yazdırıb. Lakin qəsəbə təmsilçisinin ümidinin üstündən cəmi iki dəqiqə sonra Adama Diakabi xətt çəkib.

 

Beləliklə, 3:1 hesablı qələbə qazanan “Qarabağ” çempionluğa bir addım da yaxınlaşıb. Qurban Qurbanovun kollektivi ən yaxın izləyicisi “Sumqayıt”ı 24 xal qabaqlayır.

 

Turun əvvəlki oyunlarında “Sumqayıt” “Səbail”i səfərdə (1:0), “Sabah” “Qəbələ”ni (2:1), “Turan Tovuz” “Araz-Naxçıvan”ı (2:0) evdə məğlub edib, “Kəpəz”lə “Neftçi” qollu bərabərə (3:3) qalıblar.

 

Qeyd edək ki, Premyer Liqada XXVII turun matçları 15-17 mart aralığında keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yubanmanın səbəbi açıqlandı

Yaşıl xətt üzrə “Nizami” stansiyasından “28 May” stansiyası istiqamətində hərəkətə başlayan qatarın maşinistinə salonda bir sərnişinin h...

Leobank və Visa Parisdə keçiriləcək Olimpiya Oyunlarına 2 səyahət paketi hədiyyə edir

Leobank 2024-cü il Yay Olimpiya Oyunlarının rəsmi sponsoru olan Visa ilə birlikdə lotereya keçirir. İyunun 17-dək davam edəcək lotereya çərçivəsində qaliblər Pa...

BCM-in prokuroru Kərim Xan TƏHDİD EDİLİR: "Rusiyaya boyun əyməyəcəyəm"

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan dünən Ukrayna və Qəzzadakı müharibələrlə bağlı işlərdə onu hədəf alan təhdidləri əsas gətirərək, bu dünyanın...

Naxçıvan Dövlət Universitetində tibb ixtisası üzrə SABAH qrupları fəaliyyət GÖSTƏRƏCƏK

Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları İcra Komitəsinin nümayəndələri Naxçıvan Dövlət Universitetində (NDU) o...

ABŞ-dən Ukraynaya QADAĞA: "Rusiya Xarkovda irəliləyir, yaxında..."

ABŞ müharibə zonasından kənar ərazilərə hücum etmək üçün Ukraynaya verdiyi silahlardan istifadə etməyə icazə verməyib.   Sfera.az bildirir ki, bunu ...

Avropa Parlamentinin deputatı Şuşada OLDU - FOTO

Mayın 15-də ölkəmizdə səfərdə olan Avropa Parlamentinin deputatı Xaviyer Nart Şuşa şəhərində olub.   Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr...