Bir həftə ərzində 4-cü hadisə - Məktəblilər avtobus dayanacağında güllələndi 

Bir həftə ərzində 4-cü hadisə - Məktəblilər avtobus dayanacağında güllələndi 

Amerika Birləşmiş Ştatlarında daha bir atışma qeydə alınıb, nəticədə eyni anda 8 yeniyetmə yaralanıb.

 

Sfera.az xəbər verir ki, Filadelfiya polisi 15-17 yaş arası 8 orta məktəb şagirdinin hücumçular tərəfindən yaralandığını bildirib. Onlardan birinin vəziyyəti ağırdır.
Avtobus dayanacağında nəqliyyat gözləyən 8 lisey şagirdi yaralanıb, onların hamısı 15-17 yaş arası yeniyetmələrdir.


Yerli polisin məlumatına görə, atəşi avtomobildən düşən üç naməlum şəxs açıb. Onlar 30-dan çox atəş açıb, sonra qaçmağa cəhd ediblər.

 

Yaralılardan birinin vəziyyəti ağırdır, ona 9 güllə dəyib. Qalanların - 6 oğlan və 1 qızın vəziyyəti isə stabildir.

 

Yeri gəlmişkən, təxminən eyni vaxtda yaxınlıqdakı daha iki avtobus da atəşə tutulub, lakin material dərc olunan zaman itkilər barədə məlumat verilməyib.

 

Qeyd edək ki, son vaxtlar bu ilk hadisə deyil. Bu həftə Filadelfiyada daha üç atışma olub.

 

Onlardan birində martın 3-də avtobusda yaranan mübahisədən sonra 27 yaşlı gənc güllələnib. Bundan bir gün sonra 17 yaşlı yeniyetmə güllə yarasından dünyasını dəyişib. Martın 5-də 37 yaşlı kişi naməlum şəxslər tərəfindən silahla qətlə yetirilib.   Daha sonra avtobusda atışma da qeydə alınıb.


Xatırladaq ki, yanvarın 4-də ABŞ-da təhsil müəssisəsində atışma baş verdiyi barədə məlumat yayılmışdı. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Perri liseyində baş verən atışma nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR