İtalyan Mafiyasının futbol dünyası ilə nə kimi əlaqəsi var?

İtalyan Mafiyasının futbol dünyası ilə nə kimi əlaqəsi var?

Neapolda yerləşən “Kamorra” İtaliyanın ən qədim və ən böyük cinayət təşkilatlarından biridir.


Əvvəla, mafiyanın futbol sənayesini daim təqib etməsinin səbəbi, əlbəttə ki, futbolun ətrafında fırlanan nəhəng iqtisadi çarxdır.


Sfera.az bildirir ki, sırf bu məqsədlə, İtaliya parlamentində “Mafiyaya qarşı parlament komissiyası” və “Mafiya və idman hadisələri” üzrə xüsusi komitə yaradılıb.

 

Mafiya futbola 4 kanalla daxil olur. Birincisi fanat və ultra qruplar, ikincisi bilet qara bazarı, üçüncüsü mərc və danışıq oyunları, dördüncüsü menecerlər şəbəkəsi və transferdir.

 


Əsas mövzumuza qayıdaraq, hətta “Maradona” sənədli filmində bir qədər səthi də olsa, toxunduqları “Kamorra”nın futbola təsirindən danışaq.


Heç vaxt sübut olunmasa da, “Kamorra”nın Maradonaya "Napoli"də oynamasına imkan verdiyi bir həqiqətdir.


Bunun səbəblərindən biri də Neapolun İtaliyanın ən kasıb şəhərlərindən biri  və futbol komandasının həm maliyyə, həm də uğur baxımından çox aşağı olmasıdır.

 

1984-cü ildə İtaliyada son transfer tarixi 29 iyun Cümə günü idi və hər bir klub yeni transferlərini Milanda İtaliya liqasının rəsmilərinə təqdim etməli idi.


"Napoli"nin prezidenti Korrado Ferlaino federasiyaya 3 oyunçunun olduğu zərf çatdırmaq üçün işçi göndərir.


Bazar ertəsi rəsmilər zərfi açanda yalnız bir ad çıxır: Maradona. Kimsə zərfi dəyişmişdi. Bunu etmək gücünə malik olan struktur isə “Kamorra” idi.


O vaxt onların təxminən 12 milyon avroluq transferə töhfə verdikləri iddia edilmişdi.


Neapolda mətbuata təqdim olunduğu görüşdə Maradonaya verilən ilk sual “Kamorra” mafiyası və bu mafiyanın Neapol şəhərini necə idarə etdiyi ilə bağlı olub.


Prezident Ferlaino dərhal suala müdaxilə edir, cavablandırmağa imkan vermir və jurnalisti dərhal oradan qovur.

 


 

Təbii ki, narkotika aludəçisi olaraq tanıdığımız Maradonanın “Kamorra”ya inteqrasiyası da çox çəkmir.

 

Bu bağ ilk dəfə Neapoldakı “Kamorra”ya aid məhəllələrdən birində Giuliano ailəsinin üzvləri ilə birlikdə görüntüləndikdə ortaya çıxır.


"Kamorra" Maradona həddindən artıq maraq cəlb etdiyi, sevildiyi üçün daim onu “gəmirərək”, istismar edirdi. Onlar Maradonadan qeyri-qanuni olan demək olar ki, bütün “əsərlərinin” siması kimi istifadə ediblər.


Maradona “Kamorra”nın ona ödəyəcəyi pulu kokain və fahişələr şəklində qəbul edirdi.

Maradanona, “Kamorra” cinayət təşkilatından ayrılmaz şəkildə asılı idi. Mafiya başçısı Carmine Giuliano dediyi kimi, "Maradona “Kamorra”ya müqavimət göstərə bilmədi".


1987-88-ci illərdə "Napoli" liqada 25 həftə liderlik etdikdən sonra, son dörd oyunundan cəmi bir xal alaraq, “Kamorra” tərəfindən qanunsuz mərc oynama ittihamları ilə liqa çempionluğunu "Milan"a itirdi.


1989-90 mövsümündə "Milan" çempionluqdan oldu.


Liqanın ikinci-son həftəsində “Milan”ın “Verona” ilə səfər oyununda Kostakurta və Raykaard van Basten qırmızı vərəqə aldılar və baş məşqçi Arriqo Sakki oyundan qovuldu. Beləliklə, “Milan” məğlub oldu. Elə həmin həftə “Napoli” lider oldu.


Növbəti həftə “Napoli” “Latsio”nu 1:0 hesabı ilə məğlub edərək çempion oldu.

 

İllər sonra "Napoli"nin prezidenti Ferlaino hakim Rosario Lo Bellonun "Napoli"yə rəğbət bəslədiyini iddia edərək, “Kamorra”nın həmin matça təsir etdiyini söylədi.
Hakim iddianı rədd etsə də, sui-qəsd nəzəriyyələri bu günə qədər geniş yayılmışdır.

 


Paolo Maldini həmin günü 25 illik futbolçu karyerasının ən böyük qalmaqalı kimi təsvir edir.

 

1995-ci ildə 6-14 yaş arasında olan 800-dən çox uşaq klanın üzvü Maurizio Audino adından turnirdə iştirak edirdi.


Polis xəbərçisi üzə çıxarıb ki, mafiya klanları 2002-ci ildən Neapolun Scampia şəhərində yarı peşəkar oyunçuların iştirakı ilə futbol turniri təşkil edirmiş.


2011-ci ildə “La Nuova Quarto Calcio” adlı yerli futbol komandasını Cüzeppe Polverino idarə edirdi. Polverino klanı “Kamorra” klanı idi.


Polverino daha 39 nəfərlə birlikdə həbs olunaraq, əmlakı müsadirə edilib. Bu aktivlərdən biri də məhz  “Kamorro“ idi.


Sonrakı illərdə 1928-ci ildə qurulan “Giugliano FC” klubu “Kamorra”nın mülkiyyətində olduğu üçün ələ keçirildi.

 

İndi 4-cü liqada mübarizə aparır. Həvəskar statusunda olan “Boys Caivanese”nin stadionunda silah anbarı aşkar edilib.


“Kamorra” üzərində araşdırma aparan Korrado De Rosa deyib:


“Yerli futbol komandasına sahib olmaq mafiyanın İtaliyadakı sosial statusuna və nüfuzuna əhəmiyyətli dərəcədə töhfə verir. Çirkli pulların yuyulması üçün güclü alətə malik olmaqdan əlavə, futbol komandasına sahib olmaq etibarlılıq və hörmət deməkdir”.


Balotelli 2010-cu ildə “Kamorra” ilə bağlı aparılan çirkli pulların yuyulması istintaqında ifadə verib.


2013-cü ildə bir mafiya üzvü Balotellinin əylənmək üçün küçədə mafiya üçün narkotik satdığını iddia etmişdi. Amma Neapol prokurorları bununla bağlı Balotelliyə qarşı heç bir ittiham irəli sürməyib.


2018-ci ildə Pepe Reina, Paolo Kannavaro və “Kamorra” ilə əlaqəli insanlarla əlaqə saxlamaqda günahlandırılıb.

 

Biz bunu yalnız Kamorra vasitəsilə gördük, lakin mafiya-futbol münasibəti İtaliyada daim olub və yəqin ki, bundan sonra da olacaq. Ola bilsin ki, heç bir futbolçu Maradona qədər ictimaiyyətə və gözə dəyməyəcək, amma insanlar həmişə mafiyanın futbolda “ara qızışdırdığını” bilmiş olacaq.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR