“WhatsApp”da təhqirə görə edam cəzasına məhkum edildilər

“WhatsApp”da təhqirə görə edam cəzasına məhkum edildilər

İki Pakistan vətəndaşı “Whatsapp” sosial şəbəkəsində müsəlmanların  inancını təhqir edən mesaj paylaşıb. Uzun sürən araşdırmalardan sonra onlar məhkəməyə gətirilib və ağır cəza alıblar. 


Sfera.az xəbər verir ki, kişilərdən biri ölüm cəzasına məhkum edilib.


İstifadəçilərdən biri What’sapp messencerdə onun fikrincə dini hisslərini alçaldan foto və videolar görüb. Bu təhqirə görə birinə ölüm, digərinə isə ömürlük həbs cəzası verilib.

 

Ölüm cəzası alan şəxsin 22 yaşı, digərinin isə 17 yaşı var. Azyaşlı olduğu üçün o daha ağır cəzadan xilas olub, ömürlük həbs cəzası çəkəcək. Hökmlərin səbəbi “küfr” (küfr vacib olana hörmətsizlik münasibətidir) etdikləri fotoşəkillər və mətnlər olub.


Məlum olub ki, iş 2022-ci ildə Pakistanın Pəncab əyalətinin paytaxtı Lahor şəhərində açılıb.

 

Pakistan Federal Təhqiqat Agentliyinin (FIA) Kibercinayətkarlıq Bölməsinə vətəndaşdan şikayət daxil olub. Vətəndaş telefonunda, Whatsapp sosial şəbəkəsində Məhəmməd peyğəmbər və onun həyat yoldaşları ilə bağlı video və fotolar tapıb. Müstəntiqlər ekspertiza keçirib və müəyyən ediblər ki, mesajlarda küfr əlamətləri var. Pakistanda isə küfr ölümlə cəzalandırılır.

 

22 və 17 yaşlı gənc məhkumlar yuxarıdakı fotoları internetdə yayıblar. Onlar iddiaçının telefonuna beləcə giriblər. Bundan əlavə, üçüncü şəxsdən də oxşar mesajlar olsa da, üçüncü müttəhim barədə məlumat açıqlanmır. 


Vəkillər hər iki təqsirləndirilən şəxsin “yalan ittihamlardan” əziyyət çəkdiyini deyirlər. Ölüm cəzasına məhkum edilən şəxsin ailəsi apellyasiya şikayəti verəcəklərini deyir.

 

Xatırladaq ki, Pakistanda küfr üçün ölüm cəzası 80-ci illərdə, hərbi çevriliş nəticəsində hakimiyyət dəyişərkən, tətbiq edilib. Onu da qeyd edək ki, ölkədə dini hisslərin təhqir olunması ilə bağlı digər hadisələr tez-tez gündəmə gəlir Məsələn, 2023-cü ilin avqustunda ölkədə “Quranın yandırılması” ilə bağlı şayiələrə görə onlarla xristian kilsəsi yandırılmışdı.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR