Cəbrayılda ağır qəza: Ölənlər və yaralananlar var 

Cəbrayılda ağır qəza: Ölənlər və yaralananlar var 

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Marallı kəndində qeydə alınıb. “Mercedes” və VAZ-2107 markalı minik maşınlarının toqquşması nəticəsində üç nəfərin - Mehdi Mehdiyev, Etibar Əliyev və Əli Cəfərovun öldüyü bildirilir.

 

Xəsarət alan üç nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağı araşdırma aparılır. (APA)

 

 


OXŞAR XƏBƏRLƏR