Telefonu gecə şarj etməyin ZƏRƏRLƏRİ
Maraqlı
18:00 / 09.03.2024
8179
Bir çox insanlar yatarkən telefonu şarj cihazına qoyurlar ki, səhər oyanana kimi tam dolsun.
Sfera.az lent.az-a istinadən bildirir ki, bu vərdiş telefonun batareyasının ömrünü azaldır.
Avstraliyanın Mərkəzi Kvinslend Universitetinin professoru Riteş Çuqun sözlərinə görə, telefonlar gecə saatlarında şarj edilərsə, alması lazım olan enerjini 4 dəfə alır və arxa fonda işləyən proqramlar səbəbindən batareyanı təkrar-təkrar doldurmağa çalışır.
Mobil telefon istehsalçıları bu vəziyyətin qarşısını almaq üçün məhsullarına yeni xüsusiyyətlər əlavə edirlər.
"Apple" cihazları şarj 80 faizi, "Samsung" cihazları isə 85 faizi keçdikdən sonra şarj cərəyanını gecikdirir ki, bu da dolayı yolla batareyanın ömrünü pozur.