Azərbaycanda AĞIR QƏZA - Ölənlər və yaralananlar var + FOTO

Azərbaycanda AĞIR QƏZA - Ölənlər və yaralananlar var + FOTO

Cəbrayılda ağır yol qəzası baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Marallı kəndində qeydə alınıb. "Mercedes" və "VAZ-2107" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfərin - Mehdi Mehdiyev, Ehtibar Əliyev və Əli Cəfərovun öldüyü bildirilir.

 

Xəsarət alan 3 nəfər isə Füzuli rayon mərkəzi xəstəxnasına yerləşdirilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya Cəbrayılda baş verən yol qəzası faktını təsdiqləyib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR