Teleqramda mesajlar üçüncü şəxslərə ötürülür? - Nömrəni başqasına satdıqda...

Teleqramda mesajlar üçüncü şəxslərə ötürülür? - Nömrəni başqasına satdıqda...

Mesajların üçüncü şəxsin əlinə keçməsi, instaqram və facebook kodlarının qırılması insanların sosial şəbəkələrə olan inamını azaldıb.

 

Bəs teleqram nə qədər etibarlıdır?

 

“Whatsapp”dan fərqli olaraq “Telegram” istifadəçi məlumatlarını üçüncü şəxsə ötürmür. Ancaq bununla yanaşı, “Whatsapp”da hətta qrup mesajları da şifrələndiyi halda, “Telegram”da ancaq ikili mesajlaşmalar şifrələnir. “Telegram” video zənglər vaxtı qarşı tərəf ekran görüntüsünü çəkərsə, digər şəxsə xəbərdarlıq bildirişi göndərir.

 

“Telegram”da ilk dəfə qeydiyyatdan keçəndə nömrənizi yazmaq məcburiyyətindəsiniz. Ancaq sonra girib nömrənizi silə bilərsiniz. Nömrəni başqasına satdıqda, həmin adam rahatlıqla mesajları görür. 6 ay ərzində aktiv olmayan hesabı isə şirkət özü avtomatik silir.

 

“Telegram”da bir sıra bot yaratmaq mümkündür. Həmçinin bəzi “Telegram” qrupları var ki, burada rahatlıqla 18+ videolar paylaşılır. Buna görə də uşaqlara “Telegram” işlədərkən nəzarət etmək vacibdir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR