Paşinyanın Misir səfərinin DETALLARI: Məyus və əliboş...

Paşinyanın Misir səfərinin DETALLARI: Məyus və əliboş...

Ermənistanın Baş naziri Nikol Paşinyan Misir səfərindən razı qalmayıb.

 

Sfera.az bildirir ki, bu barədə Ermənistan nəşri olan “Hraparak” qəzeti məlumat dərc edib. Qeyd olunub ki, martın 8-də parlamentdə hakim “Mülki müqavilə”nin nümayəndələri ilə qapalı görüş keçirilib. Burada Paşinyan Misirə iki günlük rəsmi səfərdən məyus olduğunu gizlətməyib.

 

Nəşr qeyd edib ki, bununla belə, hakimiyyət Paşinyanın səfərini “müəmmalı” olaraq dəyərləndirib. Hətta silah alqı-satqısına dair sövdələşmənin müzakirəsinin mümkünlüyü barədə şayiələr də yayılıb.

 

"Lakin Dövlət Duması ilə görüşdə baş nazir səfəri sıradan adlandırıb və bu səfərdən əliboş qayıtdığını deyib”, - nəşr vurğulayıb.

 

Qeyd edək ki, martın 5-də Ermənistanın baş naziri Misirə iki günlük rəsmi səfərə gedib. O, Misirin Baş naziri Mustafa Madbouli, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Ərəb Liqasının baş katibi Əhməd Əbu əl-Qeyt, Kopt Pravoslav Kilsəsinin Patriarxı, İsgəndəriyyə Papası və Patriarx ilə görüşlər keçirib.

 

Günay


OXŞAR XƏBƏRLƏR