Azərbaycan gimnastı Polşada qızıl medal qazanıb

İdman
13:17 / 09.03.2024
11486
Azərbaycan təmsilçisi Fərhad Vəliyev Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel beynəlxalq turnirində uğurlu çıxış edib.
Sfera.az xəbər verir ki, idmançı yarışda qızıl medal qazanıb.
O, ikili mini batut üzrə bütün rəqiblərini qabaqlayıb.