Şahzadə Harri və Kral Çarlz münasibətləri bərpa etmək üçün kiçik addımlar atdılar

Şahzadə Harri və Kral Çarlz münasibətləri bərpa etmək üçün kiçik addımlar atdılar

Kral III Çarlzın xərçəng diaqnozu məlum olduqda, Şahzadə Harri atasını görmək üçün dərhal Kaliforniyadan Böyük Britaniyaya gedib. Bunu Şahzadə ilə kral ailəsi arasında uzun illər davam edən gərginlikdən sonra müsbət əlamət adlandırırlar. 

 

Sfera.az bildirir ki, saray ekspertləri jurnalistlərə həm ata, həm də oğulun pozulmuş münasibətlərin düzəltmək üçün artıq kiçik addımlar atdıqlarını deyiblər.

 

"Mən əminəm ki, bu, onların hər ikisi üçün emosional yorğunluq olsa da, düzgün istiqamətdə atılmış müsbət və düzgün addımdır"- deyə saray ekspertləri mənbələrə bildirib.

 
Los-Ancelesdən bir gecədə uçaraq atasının yanına gəlməsi Şahzadə Harrinin atasına qarşı kinli olmadığını göstərir.


Şahzadə Harri keçən ay Kanadaya səfəri zamanı “Sabahın Amerikası” verilişində də atası ilə görüşündən danışıb. Atasının xərçəng diaqnozunu ilk dəfə necə bildiyini soruşduqda Harri: 

 

"Onunla danışdım. Təyyarəyə mindim və bacardığım qədər tez onu görməyə getdim. Təbii ki, mən ailəmi sevirəm. Onunla istənilən yerdə keçirdiyim vaxta görə Tanrıya minnətdaram”- deyə bildirib. 

 

Şahzadə Harri həmçinin vətəninə gələcəkdə daha çox səfər planlaşdırdığını və ailəsini mümkün qədər tez-tez görməyə ümid etdiyini deyib. Lakin jurnalistlər hesab edir ki, Şahzadə Harri ilə böyük qardaşı arasında barışıq mümkün deyil. Kral Çarlzın iki oğlu arasında barışıqda vasitəçilik edib- etməyəcəyi də sual altındadır.


Qeyd edək ki, daha əvvəl kral bioqrafı İnqrid Syuard Böyük Britaniya kralı Çarlzın oğulları arasındakı münasibətdən danışıb: "Əlbəttə, o (Kral Çarlz - red.) Harrinin azğın oğul olmağı dayandırıb geri qayıtmasını istərdi. Kral həmçinin Uilyam və Harrinin barışacağı təqdirdə daha çox xoşbəxt olardı. Lakin Çarlz məntiqlə başa düşür ki, ən azından qısa müddətdə bu baş verməyəcək”.

 

Xatırladaq ki, bu yaxınlarda da şahzadə Harrinin övladları ilə birlikdə Böyük Britaniyaya gəlmək istədiyi barədə məlumat yayılmışdı. O, İnvictus Oyunlarının 10-cu ildönümünü qeyd etmək üçün ailəsi ilə birlikdə Avropaya səfər etməyi düşünür. Bununla belə, mənbələr Meqan Marklın bu fikrə qarşı olduğunu da bildirir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dubay şokoladının tərkibində elə gizli maddə var ki...

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı yalnız dadı ilə deyil, təhlükəli tərkibi ilə də gündəmə gəlib. Parıltılı qablaşdırması və də...

İngiltərədə saxlanılan unikal Corc Oruell arxivi: Onu hansı təhlükə gözləyirdi?

London Universitet Kolleci (UCL) 1984-cü il kult distopik romanının müəllifi Corc Oruellin arxivini “Britaniyanın mədəni irsinin dəyərli hissəsi” ki...

Prezident onları ayaq üstə alqışladı - VIDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az xəbər v...

Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında maraqlı paylaşım edib.   Sfera.az xəbər verir ki, birinci xanım Prezidentlə mahnı di...

Mahmud Abbas: Fələstin Qəzzada atəşkəsə nail olmağa çalışır

Fələstin Qəzza sektorunda atəşkəsin əldə edilməsinə və humanitar məsələlərin həllinə nail olmaq istəyir.   Sfera.az TASS-a istinadən xəbər verir ki, ...

Pakistan-Hindistan anlaşmasına Türkiyədən REAKSİYA

Pakistan və Hindistan arasında atəşkəs qərarının qəbul edilməsindən məmnunuq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin ...