Kazinoda 43 milyon dollar qazanan qadın pul əvəzinə görün nə verdilər? - FOTO

Kazinoda 43 milyon dollar qazanan qadın pul əvəzinə görün nə verdilər? - FOTO

2017-ci ildə amerikalı Katrina Bookman Nyu Yorkdakı “Resorts World” kazinosunda slot maşınlarında oynayarkən 42.949.672 dollar qazandığını görüb şoka düşüb. Lakin onun sevinci uzun sürməyib. 

 

Sfera.az bildirir ki, bu, ABŞ tarixində ən böyük cekpot olub. Uduşlarını əks etdirən ekranla selfi çəkən qadın, əvəzində xoşagəlməz sürprizlə üzləşib. Belə ki, ona biftek yeməyi üçün pul ödəməsi təklif edilib. 

 

Uduşları ilə şəkli olan qadın ertəsi gün kazinoya qayıtsa da, ona: “Sən heç nə qazanmadın”-deyiblər. 

 

 

Rəsmi qərarında kazino onun oynadığı maşının nasaz olduğunu və faktiki uduşun cəmi 2,25 dollar olduğunu bildirib. 
Qadın kazinonu məhkəməyə verir. Amma buna baxmayaraq, müqavilədə “nasazlıq olarsa, bütün ödənişlər və oyunlar ləğv ediləcək” yazıldığı üçün kazinonun böyük cekpotu ödəməmək hüququ olub. 


Əyləncə müəssisəsinin rəhbərliyi yenə də şanssız qadına yazığı gəlib və ona biftek yeməyi təklif edib.

 

"Vəziyyətdən xəbərdar olduqdan sonra kazino işçiləri oyun avtomatının ekranında göstərilən nömrənin nasazlıq nəticəsi olduğunu müəyyən edə bildilər. Bu, sonradan Nyu York Ştat Oyun Komissiyası tərəfindən təsdiqlənmiş faktdır. Vəziyyəti izah etdikdən sonra Xanım Bookmana çap edilmiş biletdə göstərilən düzgün məbləği ödəməyi təklif etdik. Maşınların nasazlığı nadir hallarda olur və bunun səbəb ola biləcəyi hər hansı narahatlığa görə xanım Bookmandan üzr istəyirik”- “Resorts World”un sözçüsü Dan Bank həmin vaxt bildirib.


Bu hadisədən çox qəzəblənən Bookman, daha sonra rəhbərliyin səhlənkarlıq etdiyini və avadanlıqlarına düzgün qulluq etmədiyini iddia edərək, oyun müəssisəsini məhkəməyə verib. Onun vəkili Alan Ripka kazinonun bəhanələrinin “gülünc” olduğunu deyib.

 

"Ürəyiniz istəyən vaxt maşının xarab olduğunu deyə bilməzsiniz. Bu o deməkdir ki, yoxlanılmayıb? Bu o deməkdir ki, ona qulluq edilməyib? Əgər belədirsə, orada oynayan insanları ələ salmaq deməkdir? Deməli, maşın nasaz olubsa, Bookmanın uduşdan əvvəl də qazanma şansı sıfır olub?" – deyə vəkil bildirib.

 

İş sonda məhkəmədən kənarda həll olunsa da, Bookman heç vaxt pulu ala bilməyib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR