Makron sözündən dönür - Bir şeyi etməklə...
Bir şeyi istisna etməmək onu etməklə eyni deyil.
Sfera.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. O, Ukraynaya qoşun yeritmək ehtimalı ilə bağlı sözlərinə aydınlıq gətirib.
Makron Ədliyyə Nazirliyində çıxışından sonra jurnalistlərə açıqlama verib. Ondan NATO qoşunlarının Ukraynaya göndərilməsi şərtləri ilə bağlı bəyanata münasibət bildirmək istənilib. Prezident qısa cavab verib: “Bir şeyi istisna etməmək onu etmək demək deyil”.
Fevralın sonunda Fransa lideri NATO qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü açıqlayıb . Onun sözlərinə görə, Avropa Moskvanın qırmızı xətlərini keçməkdən qorxmağı dayandırmalıdır.
Bundan əvvəl Makron parlamentdəki partiyaların liderləri ilə görüşdə bunun şərtlərini də açıqlamışdı. Fransa prezidentinin sözlərinə görə, belə bir şərt cəbhənin Kiyev və Odessaya irəliləməsi ola bilər.
İnci