Bitkoin rekord həddə bahalaşdı

İqtisadiyyat
20:43 / 08.03.2024
8030
Bitkoinin qiyməti martın 8-də ilk dəfə 70 min dollara yaxınlaşaraq yeni rekorda imza atıb.
Sfera.az xəbər verir ki, Bitkoin Binance birjasında 0,94% bahalaşaraq 67 874 dollara, ticarət zamanı qiymət 69,9 min dollara yüksələrək yeni rekorda imza atıb.
20 birjada bitkoinin orta qiyməti 1,08% artaraq 68 017 dollar olub.
Əvvəlki rekord - 69 min dollar - 2021-ci il noyabrın 10-da qeydə alınıb.
İnci