32 ildən sonra Laçında TOY OLDU

32 ildən sonra Laçında TOY OLDU

32 ildən sonra ilk dəfə olaraq Laçın rayonun Zabux kəndində toy olub.

 

Sfera.az xəbər verir ki, Laçında illər sonra ilk toy Zabux kəndində olub. Zabux kənd sakinləri Nurlan Əlizadə və Gülnar Cəfərovanın toy mərasimi Zabux kəndində qeyd olunub. Toy mərasimi kənddə qurulmuş mağarda keçirilib. Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrabaları, kənd sakinləri ilə bərabər Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak edib. Toy mərasimində öncə Dövlət Himni səsləndirilib, ehtiram əlaməti olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər bəylə gəlinə xeyir-dua veriblər və toy şənliyi keçirilib.

 

Qeyd edək ki, Zabux kəndində​ 211 ailə olmaqla 808 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin yeni tikilən evlərdə yaşaması üçün hər cür şərait yaradılıb. (APA)


OXŞAR XƏBƏRLƏR

Küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ

Paytaxtda bu gün duman, çiskin və yağış yağacağı ehtimalı var.   Sfera.az xəbər verir ki, Bakıda və Abşeronda gecə 10-13° isti, gündüz 14-17°...

Türkiyədə ağır yol qəzası oldu - 30 nəfər yaralandı

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.   Bildirilib ki, yo...

Prezidentin köməkçisi: Almaniya XİN başçısının Azərbaycana qarşı ittihamları qəbuledilməzdir

COP29 uğurla başa çatdı.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administr...

Bakı aeroportu COP29-da - VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportunun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində fəaliyyə...

Azərbaycanda bu şəxslərə 285 manat veriləcək - Yanvarın 1-dən

2025-ci ildə ehtiyac meyarının, həcminin 285 manat olması nəzərdə tutulub. 2024-cü ildə bu göstərici 270 manatdır. Ehtiyac meyarının həddi ünvanlı sosial yardım...

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları ARTIB

Cari ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 148,4 milyon manatdan çox v...