Hakan Fidanın Vaşinqton SƏFƏRİ: Blinkenlə bu məsələlər müzakirə ediləcək

Hakan Fidanın Vaşinqton SƏFƏRİ: Blinkenlə bu məsələlər müzakirə ediləcək

Türkiyə Xarici işlər naziri Hakan Fidan ABŞ-nin paytaxtı Vaşinqtonda görüşlər keçirir.

 

Sfera.az bildirir ki, Ankara ilə Vaşinqton arasında münasibətlər, xüsusilə yanvar ayında Türkiyə Böyük Millət Məclisində İsveçin NATO üzvlüyünün təsdiqlənməsi və ABŞ Konqresinin F-16-ların satışına eyni vaxtda yaşıl işıq yandırması ilə yeni dövrə qədəm qoyub.

 

Ekspertlərin fikrincə, hazırkı qarşılıqlı səfərlərlə hər iki ölkə arasındakı əməkdaşlıq müsbət istiqamətdə irəliləyir. Belə ki, iki günlük səfər üçün Vaşinqtona gələn Türkiyə Xarici işlər naziri Hakan Fidanın gərgin gündəmi də bunun sübutu olub. Ötən gün Senat üzvləri və Amerika beyin mərkəzlərinin nümayəndələri ilə görüşən Fidan, həmçinin, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivanla görüşüb.

 

Görüşdə türkiyəli nazir Qəzzada tezliklə atəşkəs elan edilməsi və bölgəyə humanitar yardımların artırılmasının vacibliyini vurğulayıb. O, Türkiyənin Suriyadakı terror təşkilatları ilə mübarizədə qətiyyətinin və İraqda siyasi sabitliyə verdiyi önəmin daha yüksək olduğunu bildirib.

 

Hakan Fidanın bu gün həmkarı Antoni Blinkenlə görüşəcəyi gözlənilir. Burada gündəmə gələcək məsələlərdən biri də Vaşinqtonun Suriyada YPG/PKK terror təşkilatına illərdir verdiyi dəstəkdir.

 

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Fidan “F-35 proqramı"nda müvafiq prosedurların tamamlanmasını da müzakirə edəcək.

 

Günay


OXŞAR XƏBƏRLƏR