25 milyon insan risk altındadır - Tarixin ən böyük aclıq böhranı

25 milyon insan risk altındadır - Tarixin ən böyük aclıq böhranı

Müharibə səbəbi ilə milyonlarla insanın didərgin düşdüyü Sudanda indi aclıq böhranı hökm sürür.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Ərzaq Proqramı vətəndaş müharibəsinin davam etdiyi ölkənin tarixin ən böyük aclıq böhranına səhnə ola biləcəyini bəyan edib. 

 

Şərqi Sahel bölgəsində 25 milyon insan ərzaq çatışmazlığı risk altındadır. Ümumdünya Ərzaq Proqramı səlahiyyətliləri Sudandakı böhranın bölgənin sabitliyinə təsir edə biləcəyini deyib.Məlumata görə, son həftələrdə bölgədə orta hesabla hər 2 saatda bir uşaq aclıqdan ölür. Rəsmilər təhlükəsizlik təhdidləri səbəbindən ehtiyacı olan on minlərlə insana ərzaq çatdıra bilmədiyini bildirib.

 

Qeyd edək ki, 2019-cu ildə Sudanda Ömər Əl-Bəşirin devrilməsindən sonra mərkəzi ordu ilə Çevik Dəstək Qüvvələri milis təşkilatı arasında münaqişə vətəndaş müharibəsinə çevrilib Münaqişə səbəbindən 1 milyon 600 min insan ölkəni tərk edib, 7 milyondan çox sudanlı ölkə daxilində didərgin düşüb.

 

Müharibədən qaça bilənlər isə Cənubi Sudan və Çaddakı düşərgələrə sığınırlar.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR