"Arsenal" Zinçenkonu satacaq - MƏBLƏĞ

İdman
15:28 / 08.03.2024
6634
"Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenko yay transfer pəncərəsində London klubunu tərk edə bilər.
Sfera.az bildirir ki, futbolçu ilə “Bavariya” və “Nyukasl” maraqlanır.
Qeyd olunub ki, Münxen klubunun (Bavariya) yeni sol cinah müdafiəçisinə ehtiyacı var, çünki Alfonso Davies gələn yay "Real Madrid"ə keçə bilər. "Arsenal" 27 yaşlı Zinçenkonun satışına görə 45 milyon avro ödəniş almaq istəyir.
Xatırladaq ki, Aleksandr Zinçenko "Arsenal"ın heyətində bütün turnirlərdə 27 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.
Fatimə Lətif