Messinin komandası bərabərliyə razılaşdı

İdman
14:20 / 08.03.2024
6474
Konkakaf Çempionlar Kubokunun 1/8 final mərhələsində "İnter Mayami" -"Neşvil" matçı keçirilib.
Sfera.az bildirir ki, matç Neşvildə (ABŞ) "Geodis Park" stadionunda baş tutub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Matçda hesabı dördüncü dəqiqədə Yakob Şaffelburq açıb. 46-cı dəqiqədə kanadalı dubla imza atıb. “İnter Mayami” altı dəqiqə sonra bir qol vura bilib.
90+5-ci dəqiqədə yarımmüdafiəçi Serxio Busketsin ötürməsi ilə hesab bərabərləşib.
Qeyd edək ki, cavab oyunu martın 14-də keçiriləcək.
Fatimə Lətif