Horner adının qarışdığı qalmaqalla bağlı: "Ailəm üçün çətin idi, çünki..."

Horner adının qarışdığı qalmaqalla bağlı:

"Red Bull"un rəhbəri Kristian Horner ona qarşı irəli sürülən ittihamlar qaldırılandan sonra komandada yaranan qalmaqaldan danışıb.

 

Sfera.az bildirir ki, Horner ittihamların ailəsi üçün də çətin olduğunu vurğulayıb:

 

“Görünür, bunun bu qədər diqqət çəkməsinin yeganə səbəbi onun mətbuata sızmasıdır. Nəticədə həll edilməsi çox çətin olan bir gərginlik yarandı. Ailəm üçün bu, xüsusilə çətin idi. Çünki başqaları bu durumdan istifadə etməyə çalışırdılar. Təəssüf ki, Formula 1 rəqabətli bir işdir. Bəziləri isə bundan faydalanmağa ümid edirdilər. Bu, bəlkə də, bizim işimizin ən çətin tərəfidir".

 

Xatırladaq ki, Horner komanda işçilərindən birinə qarşı qeyri-etik davranışda ittiham olunub. 

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR