Bayden yenidən Konqresə ÇAĞIRIŞ ETDİ: "Dəstəkləyin"

Bayden yenidən Konqresə ÇAĞIRIŞ ETDİ:

ABŞ Prezidenti Co Bayden Ukraynaya ABŞ hərbçilərini göndərməməkdə qərarlı olduğunu bildirib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Baydenin sözlərinə görə, Ukraynada Amerika əsgərlərini istəmirlər:

 

"Əslində, Ukraynada müharibə edən Amerika əsgərləri yoxdur. Və mən bunu belə saxlamaqda qərarlıyam", - o deyib.

 

ABŞ prezidenti həmçinin iddia edib ki, ABŞ Ukraynanın yanında olarsa və özünü müdafiə etmək üçün lazım olan silahları təmin edərsə, Kiyev Moskva ilə müharibədə qalib gələ bilər.

 

Bununla bağlı Bayden bir daha ABŞ Konqresini Ukraynaya yeni yardım paketinin ayrılması qərarını dəstəkləməyə çağırıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR