Kirkorov sosial şəbəkələrdən Puqaçova ilə bağlı yazıları silib - FOTO

Kirkorov sosial şəbəkələrdən Puqaçova ilə bağlı yazıları silib - FOTO

Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçova ilə bağlı bütün yazdıqlarını sosial şəbəkələrdən silib. Qeyd edək ki, Kirkorov Alla Rusiya Federasiyasını tərk etdikdən və əri Maksim Qalkinlə birlikdə İsrailə köçdükdən sonra da ona sevgisini elan edən yazılar paylaşmağa davam edir.

 

Sfera.az bildirir ki, Nastya İvleevanın çılpaq gecəsindən sonra Kirkorov demək olar ki, öz imicini bərpa etmək və səhnəyə qayıtmaq üçün hər şeyi edir.

 

Əvvəllər o, Putinin mətbuat katibi Dmitri Peskova gecə üçün bəhanələr gətirmiş, iki dəfə açıq şəkildə üzr istəmiş və hətta Rusiya Federasiyasının müvəqqəti işğal etdiyi Qorlovkaya gedib oradakı xəstəxanada çıxış etmişdi.


Bundan sonra Kirkorov televiziyaya qayıdıb. Lakin bütün bu qalmaqallar fonunda Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçovaya həsr olunmuş yazıları bütün sosial şəbəkələrdən də silməli olub.

 

Xatırladaq ki, rusiyalı müğənni indiki həyat yoldaşı Maksim Qalkinlə birlikdə Rusiya Federasiyasının hərbi təcavüzünə qarşı açıq şəkildə çıxış edib və etiraz əlaməti olaraq ölkəni tərk edib.

 

Öz növbəsində, Kirkorov bu yaxınlarda Allanın “Məndən narahat olmayın" adlı yeni kompozisiyasına həsr olunmuş yazı və birgə ifasının videosunu paylaşıb. 

 

Kirkorov: “Oxu, Alla! Mən səni sevirəm" deyə Puqaçovaya müraciət etsə də, tezliklə etirafını bütün sosial şəbəkələrdən silib. 

 

Xatırladaq ki, Alla Puqaçova və Filipp Kirkorov 1994-2005-ci illərdə evli olublar. Kirkorov Divanın dördüncü həyat yoldaşı olub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR