Ən məşhur öpüş - Həmin foto ətrafında qalmaqal yaranıb
"Tayms Meydanında Yaponiya üzərində Qələbə Günü" adlı məşhur fotoşəkili Life jurnalının fotoqrafı Alfred Eisenstadt çəkib. Yaponiya 14 avqust 1945-ci ildə təslim olma şərtlərini qəbul edəndə yüzlərlə insan bayramı qeyd etmək üçün Tayms Meydanına axışıb. Alfred küçəyə qaçıb və çəkilişlərə başlayıb. Kortəbii öpüşlərdən biri çox uğurlu olub və sözün əsl mənasında qələbə simvoluna çevrilib. İllərlə dünyanın ən məşhur öpüşü adlandırılan foto, indi qalmaqalın mərkəzindədir.
Sfera.az bildirir ki, Tayms Meydanında məşhur öpüşün fotoşəkili illərlə qadağa çağırışlarından xilas olsa da, dənizçinin tibb bacısının razılığı olmadan onu öpməsi ilə bağlı mübahisələr hələ də davam edir.
İkinci Dünya Müharibəsinin bitməsinin simvolu halına gələn şəkil, “qeyri-razı hərəkət” məzmun ifadə etdiyi üçün “təhrikedici” olduğuna dair şikayətlər daim olub. Buna baxmayaraq, məşhur foto qadağa çağırışlarından belə demək mümkünsə, “sağ-salamat çıxıb”.
Keçən həftə isə ABŞ Veteranlarla İş Departamentinin əməkdaşlarına tarixi obrazı “dərhal silmək” və onu daha az təhqiramiz hesab edilən biri ilə əvəz etmək göstərişi verilib. Bu göstəriş memlər və capslər vasitəsilə sosial mediaya sızdırılıb.
Mövzunun sosial mediada müzakirəsi "ictimai cinsi təcavüzün" simvolu olan şəkil üzərində müzakirələri yenidən alovlandırıb.
Fotoqraf fotoşəkildəki dənizçi və tibb bacısının adlarını tanımırdı. Buna görə də bir çox insan fotoda çəkilənlərin özləri olduğunu iddia edirdi. Nəticədə uzun araşdırmalardan sonra məlum olub ki, dənizçinin adı Corc Mendonsa, tibb bacısının adı isə Qreta Fridmandır. 2016-cı ildə 92 yaşında vəfat edən tibb bacısı Qreta, daha əvvəl Corcla görüşmədiklərini və öpüşün "romantik olmadığını" açıqlamışdı. Lakin 1980-ci ildə Corc və Qreta Tayms Meydanında yenidən görüşdülər və öpüşlərini təkrarladılar.
Qreta, 2005-ci ildə Konqres Kitabxanasında çıxışı zamanı demişdi:
"Bu, "Allaha şükür, müharibə bitdi" kimi idi. Hamımız öpüşürdük. Oğlan sadəcə gəlib məni öpdü".
Maraqlıdır ki, başqa bir fotoda Corcun nişanlısı tibb bacısı Rita Porte də yer alıb.
Qreta və Corc bütün bunlardan sonra dost olmuş və uzun illər ünsiyyətlərini davam etdirmişdilər. Qretanın oğlu Coşua 2005-ci ildə Corcun ailəsi ilə İkinci Dünya Müharibəsi Memorialında tez-tez görüşdüklərini və şəkil çəkdirdiklərini deyib.
"Anam həmişə feminist nöqteyi-nəzərdən yüksək qiymətləndirirdi və başa düşürdü ki, küçədə insanları tutmaq və ya toxunmaq olmaz. Lakin o, belə şəraitdə, o vəziyyətdə, o dövrdə Corcun ona heç bir pis niyyətlə yanaşmadığını bilirdi"-deyə bildirib.
Bununla belə, foto ilə bağlı mübahisələr illər boyu davam edib.
Ancaq bir çoxları bu şəkli müsbət emosiyalarla qəbul etməyə davam edir. Hələ də çoxları Tayms Meydanında məşhur öpüşü təkrarlayır.
İllər ərzində müxtəlif cütlüklər fotoşəkildəki insanlar olduqlarını iddia etsələr də, Corc və Qreta ictimaiyyətə 2012-ci ildə tanındı.
1970-ci illərin sonlarında tibb bacısı Edit Shane Eyzenstadta iddia edirdi ki, Nyu Yorkdakı xəstəxanada işləyərkən, Tayms Meydanında gəzən fotoşəkildəki qadın məhz odur.
Qəti dəlil olmadığı üçün LIFE 1980-ci ildə cütlüyün şəxsiyyətini müəyyənləşdirmək üçün müraciət etdi. Bir çox müharibə veteranları və tibb bacıları bunun onların öpüşü olduğunu iddia etdi.
Lakin məhkəmə-tibbi ekspertiza onun Corc Mendoza və Qreta Fridman olduğunu təsdiq edə bildi.
İnanılmaz da olsa, Corc həmin gün “Radio City Music Hall”da sevgilisi Rita Petri ilə görüşdə olub.
Arxa fondakı qara saçlı qız da məhz Corc Mendozanın nişanlısıdır.
Corc Sakit okeandakı döyüşlərdən sağ çıxdıqdan sonra məzuniyyətdə idi və burada tibb bacılarının yaralı dənizçilərə baxmasını izləyirdi.
Sevgilisi ilə, restorandan ayrılan Corc Tayms Meydanında birlikdə gəzərkən tibb bacısının ona tərəf gəldiyini görüb və onu öpmək qərarına gəlib.
Həmin andan fərqli bir fotoqraf tərəfindən və bir az daha geniş bucaqdan çəkilmiş başqa bir fotoşəkildə, arxa planda gülümsəyən Rita görünür.
Rita Petri isə öz növbəsində nişanlısının davranışına etiraz etmədiyini bildirib.
Qretanın nəvəsi o vaxtdan bəri, ailəsinin nənələrinin bu təsadüfi şəklindən heç vaxt utanmadıqlarını bildirir.
28 yaşlı nəvə ailəsinin Qreta Fridmanın şəklinin "müharibənin bitməsinin simvolu" kimi gördüyünü bildirib.
"O, həmişə şəkillə fəxr edirdi və bunun küçədə bayram edən iki gənc olduğunu qəbul edirdi. Belə düşünürdü və bu, həqiqətən də belə idi. Nənəm ölməzdən əvvəl şəkillərə imza atmışdı. Amerika vətəndaşı olduğu üçün fəxr edirdi. Avstriyadan qaçqın düşmüşdü, ona görə də müharibənin sonu onun üçün adi insanlardan daha böyük hadisə idi.O, heç vaxt bunun yersiz bir şey olduğunu hiss etmədi.Maraqlıdır ki, tarixi hadisələri bugünkü dəyərlərlə yenidən qurmağa çalışırlar”.
Qreta Zimmer Fridman - Məşhur fotodakı qadın
Qreta Avstriyada doğulub boya-başa çatıb. O, iki bacısı ilə birlikdə Hitler və nasistlərdən qaçaraq 1939-cu ildə valideynlərini qoyub Amerikaya getmişdi.
Müharibə bitdikdən sonra 14 avqust 1945-ci ildə Sakit okean adalarında Yaponiyaya qarşı döyüşən Corc Mendoza ilə tanış olanda onun cəmi 21 yaşı var idi, Queensdə yaşayır və stomatoloq kimi işləyirdi.
O, 1960-cı illərdə, öpüş fotosu məşhurlaşanda özünün məşhur olduğunu kəşf edib.
O vaxta qədər o, həkim Mişa (Mitty) Fridmanla evlənib, Merilendə köçüb və ailə burada oğulları Coşua və qızı Mara ilə birlikdə yaşayıb.
Bu foto sayəsində Fridman və Mendoza illər ərzində yenidən əlaqə qurdular və dostluqlarını davam etdirdilər. 1945-ci ildəki bu öpüş onların paylaşdıqları yeganə öpüş olsa da, ailəvi dostluqlarının əsasını qoydu.
Qreta, 8 sentyabr 2016-cı ildə Virciniyadakı qocalar evində 92 yaşında vəfat edib. O, Arlinqton Milli Qəbiristanlığında mərhum həyat yoldaşının yanında dəfn edilib.