Kemeron Diaz 10 illik fasilədən sonra kinoya qayıdır

Kemeron Diaz 10 illik fasilədən sonra kinoya qayıdır

51 yaşlı amerikalı aktrisa Kemeron Diaz 10 illik fasilədən sonra filmlərə qayıdır.

 

Sfera.az bildirir ki, məşhur aktrisa daha əvvəl özünü ailəsinə həsr etməyi planlaşdırdığını bildirmişdi. Qeyd edək ki, ulduz musiqiçi Benji Madden ilə evlidir və dörd yaşlı Reddix adlı qızı var.

 

Məşhur indi “Apple Original Films” komediya janrında çəkilmiş “Exodus”da baş rol almaq üçün son danışıqlardadır. Diaz burada ssenarist Ezra Vudsla birgə ekran işini ərsəyə gətirən və filmin rejissorluğunu edən Keanu Rivz və Jonah Hill ilə birlikdə rol alacaq.

 

Xatırladaq ki, Kameron Diaz ötən il özünü bütünlükdə ailəsinə həsr etmək üçün Hollivuda qayıtmaq planının olmadığını demişdi.


Kemeronun hansı obrazı canlandıracağı barədə hələlik məlumat yoxdur.

 

Hələ heç bir istehsal qrafiki təqdim edilməyib və “Apple”ın layihəni nə vaxt buraxmağı planlaşdırdığı bəlli deyil.

 

Diazın qarşıdan gələn “Back in Business” filmində görünməsi onun 2014-cü ildə çəkilmiş “Annie” filmindən sonra on il ərzində ilk rolu olacaq. Diaz və Foxx, şəxsiyyətləri ifşa olunduqdan sonra gizli əməliyyat həyatına çəkilən iki keçmiş casus rolunu oynayırlar.

 

Foxxun çəkiliş meydançasında skandal yaşadığı, nəticədə üç nəfərin işdən qovulması və aktyorun daha sonra xəstəxanaya yerləşdirildiyi bildirilir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR