Bakıda qanunsuz qumarxana aşkar olundu

Bakıda qanunsuz qumarxana aşkar olundu

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yasamal rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz idman mərc və qumar oyunlarının keçirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olan məlumat əsasında qeyd edilən çay evinə baxış keçirilib. Nəticədə həmin obyektdə qanunsuz mərc, qumar oyunları təşkil edən Bakı şəhər sakini Mehdi Cəfərov və Ağstafa rayon sakini Müqabil Pənahov saxlanılıblar.

Bununla yanaşı çay evinə baxış zamanı mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, yazılı şəkildə olan uduşlu mərc kuponları, eləcə də digər əşyalar aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı edilib ki, M.Cəfərov və M.Pənahov müvafiq qanunvericiliyin tələblərini pozaraq qanunsuz idman mərc oyunlarının təşkili nəticəsində külli miqdarda gəlir götürüblər. 

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

 




OXŞAR XƏBƏRLƏR

"Heydər Əliyev gələndə KAMAZ şoferləri..." - Siyavuş Novruzov

"Ulu Öndər Heydər Əliyevi bəzən Atatürklə müqayisə edirlər".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar ...

“Elə fənlər var ki, onlar lazım olan bacarıqları vermir” – Nazir

“Proqramlarda elə fənlər var ki, onlar sizə lazım olan bacarıqları vermir. Bu proqramların icrası da əvvəlki illərdən bəri tətbiq olunur”.  ...

İdman üçün mükəmməl seçim: Qaçış Aparatı və Velosiped Məşq Cihazı

Qaçış aparatı, evdə məşq üçün ən populyar cihazlardan biridir. Bu, istənilən vaxt məşq etməyə imkan tanıyır, hava şəraitindən asılı olmayaraq. Aparat soyuq iqli...

"300 min manat kredit borcum var"

Meyxanaçı Balaəli Maştağalı açıqlaması ilə diqqət çəkib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, o, kredit borclarından danışıb.&nb...

Sumqayıtda yaşayış binasında yanğın olub - VİDEO

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat ...

“Yeni lisey və gimnaziyalar yaradılacaq” - Emin Əmrullayev

"Hazırda Azərbaycanda 30-dan çox lisey və gimnaziya fəaliyyət göstərir və yaxın gələcəkdə bu sayın artırılması nəzərdə tutulur. Məqsəd istedadlı uşaqların ...