Mbappe, Keyn, Akanji, yoxsa Orban? - UEFA həftənin oyunçusunu seçir 

Mbappe, Keyn, Akanji, yoxsa Orban? - UEFA həftənin oyunçusunu seçir 

UEFA-nın rəsmi saytı Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizəd olan 4 futbolçunun adını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bunlar "PSJ"nin hücumçusu Kilian Mbappe, “Bavariya”nın hücumçusu Harri Keyn, “Mançester Siti”nin müdafiəçisi Manuel Akanji və “RB Leypsiq”in futbolçusu Villi Orbandır.

 

Qeyd edək ki, Mbappe “Real Sosyedad”la matçda dubla imza atıb, Keyn isə “Latsio” ilə oyunda iki qol vurub. 


Orbanın "Real Madrid"ə 1 qol vurması isə Almaniya komandasına heç-heçə gətirib. Akanji isə komandasının ilk qolunu “Kopenhagen”lə oyunda vurub.

 

Ümumilikdə bu həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin dörd oyunu baş tutub: “Real Sosyedad” – PSJ (1:2), “Real” – “RB Leypsiq” (1:1), “Bavariya” – “Latsio” (3:0), "Mançester Siti"- "Kopenhagen" (3:1).

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR