Azərbaycanda qadınların yüksək vəzifələrə təyinatı yetərli səviyyədədir – SORĞU

Azərbaycanda qadınların yüksək vəzifələrə təyinatı yetərli səviyyədədir – SORĞU

Sosial Tədqiqatlar Mərkəzi bütün tarixi dövrlərdə milli-mənəvi ideallara bağlılığı ilə fərqlənən Azərbaycan qadınlarının ictimai-siyasi, işgüzar həyatda iştirakına, dövlət idarəçiliyində təmsil olunmalarına münasibəti öyrənmək məqsədilə sorğular keçirib. Bu xüsusda sorğuda iştirak edənlərə “Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında iştirakına münasibətiniz necədir?” sualı ünvanlanıb.

 

STM-dən Sfera.az-a verilən məlumata görə, Azərbaycan qadınlarının cəmiyyətdə ictimai-siyasi, işgüzar həyatda iştirakçılığı ilə bağlı sorğu nəticələrinə əsasən, respondentlərin əksəriyyətinin və ya 89.3%-nin bu məsələyə münasibəti müsbət olub. 

 

Statistikaya əsasən, respondentlərin 10,2%-i qadınların ölkənin ictimai-siyasi həyatında iştirakına mənfi baxdığını bildirib. 0,5%-i bu barədə mövqeyini ifadə etməkdə çətinlik çəkib.

 

Nəticələrin respondentlərin sosial-demoqrafik göstəricilərə nəzərən təhlili müxtəlif qruplar üzrə qadınların ictimai-siyasi həyatda iştirakına müsbət mövqeləri müəyyən etməyə imkan verib. Kişilərin 86.0%-i əks cinsin nümayəndələrinin ictimai-siyasi həyatda iştirakı ilə bağlı müsbət mövqedə olarkən, qadınların 93.0%-i analoji mövqedən çıxış edib. Dövlət həyatının ictimai və siyasi sahəsində qadınların fəal roluna münasibətdə ali təhsilli respondentlərin 90.7%-i, dövlət sektorunda işləyənlərin 91.8%-i və evdar xanımların 92.4%-i müsbət yanaşma göstəriblər.

 

Sorğuda Azərbaycan qadınlarının dövlət idarəçiliyində təmsilçiliyi ilə bağlı rəylərdə maraqlı nəticələr əldə edilib. İştirakçılara təqdim edilən “Sizcə, Azərbaycanda qadınların yüksək vəzifələrə təyinatı yetərli səviyyədədir, yoxsa yetərli səviyyədə deyil?” sualına onların 52.0%-i “yetərli səviyyədədir”, 40,9%-i “yetərli səviyyədə deyil” cavabını verib. 7,1%-i bu istiqamətdə fikirlərini bildirməkdə çətinlk çəkib.

 

Məlumatda qeyd edilib ki, sorğular 2024-cü ilin 15-19 fevral tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

 

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

 

Firuzə Əliyeva

 

 

 


OXŞAR XƏBƏRLƏR

Güclü qasırğa ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə EHTİYATLI OLUN!

Günəşdəki dəyişiklikləri izləyən xarici laboratoriyaların məlumatına əsasən, oktyabrda Yerdə bir neçə maqnit qasırğası qeydə alınacaq.   Sfera.az xa...

Müdafiə naziri Zəfər parkında OLDU

Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qr...

Məşhur aparıcının azyaşlı qızının bağçada ölməsi ilə bağlı ARAŞDIRMA APARILIR

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.   Sfera.az xəbər verir ki, hadisə i...

Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”

“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakar...

Bu şəhərdən Bakıya uçuşlar BAŞLANILACAQ

Rusiyanın Kaluqa vilayətinin hökuməti “Azimut” aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir. &n...

Vəzifəli şəxsin həyat yoldaşı işdən çıxarıldı - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə ...