Meral Akşener Mansur Yavaşa CAVAB VERDİ: "Qorxaqsınız!"

Meral Akşener Mansur Yavaşa CAVAB VERDİ:

İYİ Partiyasının sədri Meral Akşener televiziya proqramında Ankara Böyükşəhər Bələdiyyə (ABB) başçısı Mansur Yavaşın açıqlamaları ilə bağlı sualı cavablandırıb. 


Sfera.az xəbər verir ki, partiya sədri Mansur Yavaşın mübarizə apara bilməməsinin səbəbləri barədə danışıb və onun qorxduğunu bildirib.

 

"Hörmətli Mansur Yavaş açıqlaması ilə qorxaqlığını cəsarət nümunəsinə çevirdi. Buna görə utandığımı bildirmək istəyirəm. Bunu ona şahidlə və sübutlarla söylədilər. Ona görə də cəsarəti çatmadı. Vətəndaşların, millətin tələblərini qəbul etməyə qorxurdu. M. Yavaş cəsarət göstərə, mübarizə apara bilmədi. Nəticədə günlər keçdi, bu gün etiraf etdi. O, etiraf etdi ki,  partiyamızın əyalət sədri və bütün rayon sədrləri istefa verib onunla işləyirdilər. Yəni cəsarəti İYİ Partiyaya görə imiş. Mən onu alqışlayıram” ,- Akşener fikrini yekunlaşdırıb. 

 

Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyası ABB namizədi və hazırkı ABB sədri Mansur Yavaş qatıldığı canlı yayımda İYİ Partiya sədri Meral Akşenerlə bağlı açıqlamalar verib. Yavaş Akşenerin Altılı Masada onun və İBB sədri İmamoğlunun namizədliyini irəli sürməsində səmimi olmadığını deyib. 

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Güclü qasırğa ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə EHTİYATLI OLUN!

Günəşdəki dəyişiklikləri izləyən xarici laboratoriyaların məlumatına əsasən, oktyabrda Yerdə bir neçə maqnit qasırğası qeydə alınacaq.   Sfera.az xa...

Müdafiə naziri Zəfər parkında OLDU

Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qr...

Məşhur aparıcının azyaşlı qızının bağçada ölməsi ilə bağlı ARAŞDIRMA APARILIR

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.   Sfera.az xəbər verir ki, hadisə i...

Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”

“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakar...

Bu şəhərdən Bakıya uçuşlar BAŞLANILACAQ

Rusiyanın Kaluqa vilayətinin hökuməti “Azimut” aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir. &n...

Vəzifəli şəxsin həyat yoldaşı işdən çıxarıldı - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə ...