Qızıldan tualet kağızı hazırladılar - VİDEO

Qızıldan tualet kağızı hazırladılar - VİDEO

Qızıldan tualet kağızı...Çoxunuza təəccüblü gələ bilər, lakin Avstraliyada bir şirkət tərəfindən şan-şöhrətə meylli insanlar üçün belə tualet kağızları hazırlanıb.Qızıl tualet kağızlarının qiyməti  nə az nə çox düz 1,3 milyon dollardır.

Yapon modelyeri Ginza Tanaka isə, dünyanın ən bahalı çantası mənim olsun deyən xanımların üzünü güldürüb. Üzəri saf platin və almaz qaşlarla bəzdilmiş çantanın qiyməti 1,63 milyin dollar təşkil edib.

Bir iş adamının sevgilisinə bağışladığı şokolad qutusu isə həm şirniyyat sevərlərin, həm də oğruların xəyallarını oxşaya bilər. Üzəri brilliant qaşlarla bəzədilən qutunun qiyməti 1,5 milyon dollar olub. Şokolad qutusunun üstündəki hər bir brilyant qaşın yapışdırılması üçün, saatlarla vaxt sərf olunub. 

Filmləri, verilişləri, yenilikləri yüz min dollarlıq televizorda izləmək yəqin ki, insana ayrı bir zövq verir. Hər halda belə düşünən insanlar var və onlar üçün üzəri almaz qaşlarla bəzədilmiş, 130 min dollar qiyməti olan televizorlar  satışa çıxarılıb.(atv/az)


OXŞAR XƏBƏRLƏR