"Ermənistan Almaniya ilə birgə bu layihəni 2030-cu ildə başa çatdıracaq..." - Osman Gündüz

“Ermənistan hökuməti ötən ildən Almaniya və digər xarici şirkətlərin dəstəyi ilə böyük bir "Akademiya şəhərciyi" layihəsini reallaşdırmağa başlayıb”.

 

Bunu Sfera.az-a açıqlamasında Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz deyib.

 

AİF rəhbəri bildirib ki, layihələndirmə gələn il bitirilməlidir:

 

“Ötən günlər Paşinyan Misirdə olarkən bu layihəni də təqdim edib. Layihə üçün İrəvan ətrafında 700 hektar yer ayrılıb. Elm tutumlu, beynəlxalq səviyyədə rəqabətədavamlı elm-təhsil-innovasiyaya əsaslanan şəhərcik yaradırlar. Texnoloji, tətbiqi elm və təhsil sahələri əsas götürülməklə 16 dövlət və özəl universitet buraya köçürəcək. 44 min tələbə və əməkdaş burada çalışacaq. Hərbi kolleclərini də ali hərbi məktəbə transformasiya edirlər.Diqqət yetirdikdə görmək olar ki, bu, nəhəng bir plandır. Reallaşdıra bilsələr, 2030-da başa çatmalıdır”.

 

O.Gündüz qeyd edib ki, Rusiya ilə "qırılma" da davam edir:

 

“Rusiyanın bu ölkədəki "MTS Armenia" (Viva-MTS) mobil operatoru Ermənistan hökumətinin tələbi ilə bir yunan şirkətinə - “Fedilco Group”a  209 milyon dollara satılıb. Həmin yunan şirkəti də səhmlərin 20%-ni Paşinyana hədiyyə verib. Ermənistan hökuməti isə rəsmi olaraq bu hədiyyəni qəbul edib”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR