"Ronaldonun transferi səhv qərar idi" - Ole Qunnar Sulşer

İdman
16:15 / 07.03.2024
2608
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ole Qunnar Sulşer Kriştiano Ronaldonun komandaya gəlməsindən sonra yaranan problemlər barədə danışıb.
Sfera.az bildirir ki, o, Ronaldonun kluba gəlişini düşünülmədən verilmiş qərar hesab edib:
“Bu, çox tez verilən qərar idi. "Yuventus"dan ayrılacağı bəlli olanda onu istəyən başqa klublar da var idi. Ronaldo bizə qoşulmazdan əvvəl ən çox tələb olunan komandalardan biri idik. Kriştiano gələndə Den Ceymsi əldən buraxdıq. Mənim üçün bu, düzgün qərar idi, amma sonra səhv olduğu ortaya çıxdı”.
Xatırladaq ki, Ronaldo 2021-2022-ci illərdə “Mançester Yunayted”də çıxış edib. Portuqaliyalı forvard hazırda “Əl-Nəsr”də top qovur.
Fatimə Lətif