İki yapon nəhəngi uçan avtomobil istehsalına BAŞLADI
Yaponiyanın "Suzuki" və "Skydrive" şirkətləri istifadə üçün uçan avtomobillərin istehsalına başlayıblar.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə onların birgə bəyanatında deyilir.
"Bu gün "Suzuki" ilə birlikdə uçan avtomobilin istehsalına başlandığını elan etməkdən çox məmnunam. Biz altı aydan çoxdur ki, istehsala hazırlaşırıq, vahid komanda olaraq bu yeni addımı ata bildiyimiz üçün çox minnətdarıq. Biz havada inqilaba rəhbərlik etmək üçün inkişaf, istehsal və sertifikatlaşdırma üzərində daha da çox işləməyə davam edəcəyik”, - "Skydrive"ın baş direktoru Tomohiro Fukuzava bildirib.
Uçan avtomobilin 2025-ci ildə Osakada keçiriləcək "Expo 2025" sərgisində istifadə ediləcəyi gözlənilir. Bundan əlavə, 2026-cı ildə sertifikatlaşdırma və digər zəruri prosedurlardan sonra cihazın fərdi şəxslərə də satılmasına başlanacaq.
"SKYDRIVE" (SD-05) modeli pilot da daxil olmaqla üç nəfəri daşımaq üçün nəzərdə tutulub. Qurğu 12 elektrik mühərriklə təchiz olunub.Şaquli qalxma və enmə qabiliyyətinə malikdir. Maksimal sürət 100 km/saat, uçuş məsafəsi isə 15 km-dir. Onun ilk növbədə taksi kimi, həmçinin tibb işçilərinin sürətli daşınması üçün nəqliyyat vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulub.
Əzizə