Rusiya ABŞ-yə NOTA VERDİ: "Silin!"

Rusiya ABŞ-yə NOTA VERDİ:

ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Vaşinqtonun Rusiyanın daxili işlərinə müdaxiləsi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda qeyd olunub.

 

ABŞ səfirinə məlumat verilib ki, üç Amerika qeyri-kommersiya təşkilatı (QHT) Rusiyada arzuolunmaz elan edilib: Beynəlxalq Təhsil, Mədəni Perspektivlər üzrə Amerika Şuraları və Beynəlxalq Təhsil İnstitutu. Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ səfirliyinin dəstəyi ilə təşkilatlar təhsil və mədəniyyət mübadiləsi adı altında anti-Rusiya layihələri həyata keçirir 

 

Səfirə bu QHT-lərin fəaliyyətinə yardımı dayandırmağı tələb edən rəsmi nota təqdim edilib.

 

"Bu davam edərsə, Rusiya qanunvericiliyinin pozulması kimi qiymətləndiriləcək”, - XİN-in bəyanatında deyilir.

 

Xarici İşlər Nazirliyi əlavə edib ki, ABŞ səfirliyi öz saytından və sosial şəbəkələrdən sadalanan təşkilatlara istinadları silməlidir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Rusiyada jurnalistlərə cinayət işi açıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) daha 3 əcnəbi jurnalistə qarşı sərhədi qanunsuz keçməyə görə cinayət işi açıb.   Sfera.az xəbər verir ki, ...

Güclü qasırğa ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə EHTİYATLI OLUN!

Günəşdəki dəyişiklikləri izləyən xarici laboratoriyaların məlumatına əsasən, oktyabrda Yerdə bir neçə maqnit qasırğası qeydə alınacaq.   Sfera.az xa...

Müdafiə naziri Zəfər parkında OLDU

Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qr...

Məşhur aparıcının azyaşlı qızının bağçada ölməsi ilə bağlı ARAŞDIRMA APARILIR

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.   Sfera.az xəbər verir ki, hadisə i...

Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”

“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakar...

Bu şəhərdən Bakıya uçuşlar BAŞLANILACAQ

Rusiyanın Kaluqa vilayətinin hökuməti “Azimut” aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir. &n...