Yurgen Klopp "Mançester Siti” matçı barədə: "Mən bir az axmağam..."

İdman
14:59 / 07.03.2024
5102
"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Mançester Siti” ilə qarşılaşmanı önəmli hesab etməyib.
Sfera.az bildirir ki, o, bu barədə klubun rəsmi saytına müsahibə verib:
“Bildiyim qədər qarşıda bizim cəmi bir oyunumuz var. Bu da hazırda ən vacib matçdır. Oyunlar arasında prioritet qoysaydıq, Liqa Kubokunu qazanmazdıq, İngiltərə Kubokunun növbəti mərhələsinə vəsiqə qazanmazdıq və Avropa Liqasından kənarda qalardıq. Amma biz bunu etmirik. Bəlkə də bunu etmək daha ağıllı iş olardı, amma mən bir az axmağam. Biz hər matçda maksimum güclə oynayırıq və yenə elə olacaq".
Xatırladaq ki, “Liverpul” bu gün “Sparta” ilə, martın 10-u isə "Mançester Siti” ilə qarşılaşacaq.
Fatimə Lətif