"Vəzifəli şəxslərin fəaliyyətinə nəzarət gücləndirilməlidir" - AÇIQLAMA

"Bəzi məmurlar vətəndaşın problemini anlayıb həll etmək əvəzinə, əksinə problem yaradırlar. Bu baxımdan, vəzifəli şəxslərin fəaliyyətinə nəzarət mexanizmi gücləndirilməlidir".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib.

 

“İctimai sektorun bu vaxta qədər davam edən fəaliyyətinə kölgə salmaq ədalətsizlik olar. Kimin necə düşünməsindən asılı olmayaraq Azərbaycanda QHT-lərin bir çoxu cüzi maliyyə ilə kifayət qədər əhəmiyyətli işlər görüblər. Müşahidələrə əsasən onu demək olar ki, ictimai nəzarətin təşkil olunmasına davamlı şəkildə nail olmaq üçün Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti təmərküzləşməlidir. Bu işin davamlı və effektli olması üçün QHT iqtisadiyyatı formalaşmalıdır”.

 

Ə. Baydəmirli qeyd edib ki, Azərbaycanda QHT sahəsində ciddi problemlər hələki həllini tapmayıb.

 

“Ən ciddi məsələ odur ki, maliyyə problemi Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyətinə mənfi təsir göstərir. Bir çox hallarda vəsait çatışmazlığına görə mütəxəssislər bu sahədən uzaqlaşmağa məcbur olurlar. Dünyada gedən proseslərə QHT-lərimizin fəaliyyəti niyə adekvat deyil sualına cavab vermək çətindir. QHT iqtisadiyyatının yaranması bu sahədə çalışanların varlanmasına deyil, ümumilkdə QHT sisteminin inkişafına xidmət edəcək vasitədir. Digər tərəfdən QHT sistemi zəngin olarsa, maliyyə çevrəsi genişlənərsə, ictimai nəzarətin təşkilinə, şəffaflığın təmin edilməsinə daha ciddi təsir edə bilər. Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bu sahədə mövcud olan qanunları təkmilləşdirməklə bərabər, ən azından ictimai qınaq mexanizminin dərinləşməsi barədə düşünmək olar. QHT-lərlə fəal şəkildə əməkdaşlıq etməyən, heç bir xeyriyyə aksiyalarına qoşulmayan özəl şirkətlərin, bəzi rəsmi qurumların etinasızlığı barədə ictimaiyyətə məlumatlar təqdim etmək lazımdır.

 

Onu da unutmaq olmaz ki, bu gün maliyyə çevrəsini genişləndirməklə QHT-nin potensialından düzgün istifadə etmək dövlətimiz üçün, cəmiyyət üçün effektli olar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Rusiyada jurnalistlərə cinayət işi açıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) daha 3 əcnəbi jurnalistə qarşı sərhədi qanunsuz keçməyə görə cinayət işi açıb.   Sfera.az xəbər verir ki, ...

Güclü qasırğa ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə EHTİYATLI OLUN!

Günəşdəki dəyişiklikləri izləyən xarici laboratoriyaların məlumatına əsasən, oktyabrda Yerdə bir neçə maqnit qasırğası qeydə alınacaq.   Sfera.az xa...

Müdafiə naziri Zəfər parkında OLDU

Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qr...

Məşhur aparıcının azyaşlı qızının bağçada ölməsi ilə bağlı ARAŞDIRMA APARILIR

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.   Sfera.az xəbər verir ki, hadisə i...

Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”

“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakar...

Bu şəhərdən Bakıya uçuşlar BAŞLANILACAQ

Rusiyanın Kaluqa vilayətinin hökuməti “Azimut” aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir. &n...