Prezidentin xüsusi nümayəndə təyin etdiyi Emin Hüseynovla bağlı MARAQLI FAKTLAR

Prezidentin xüsusi nümayəndə təyin etdiyi Emin Hüseynovla bağlı MARAQLI FAKTLAR

Xəbər verdiyimiz kimi, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

 

Sfera.az Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilən Emin Hüseynovun kimliyini araşdırıb.

 

Emin Zamin oğlu Hüseynov 1974-cü ilin 12 noyabr tarixində Sumqayıtda anadan olub. E. Hüseynov orta təhsilini də Sumqayıtda alıb.

 

O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə ABŞ-nin Florida Universitetində magistr, 2009-cu ildə isə Harvard Universitetində təhsil alıb.

 

Emin Hüseynova 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

 

Ailəlidir, üç övladı var.

 

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən başlamış Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycan ofisində, 2001–2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan ofisində iqtisadçı işləyib.

 

E.Hüseynov 2005-ci ildən isə Azərbaycan Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin Baş Direktoru vəzifəsində çalışıb. Emin Hüseynov bundan əlavə ADA Universitetinin Strategiya və İnkişaf üzrə Prorektoru vəzifəsində çalışıb.

 

O, 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində iqtisadi və maliyyə sistemləri, 2009-cu ildən isə liderlik mövzuları üzrə təlim kursları keçirib.

 

Prezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə E. Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin olunub.

 

O, 29 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub.

 

2021-ci ilin 24 may tarixində Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

 

2021-ci ilin 1 dekabr tarixində Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

 

Fidan


 


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...