"Real Madrid"dən YENİ REKORD: 20-ci dəfə...

Dünən "Real Madrid" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə "Leypsiq"lə heç-heçə edib - 1:1.
Sfera.az bildirir ki, Madrid komandası Avropanın ən nüfuzlu klub turnirində 1/4 finala yüksələ bilib.
Bununla da "Real" Çempionlar Liqasında 20 dəfə 1/4 finala yüksələn ikinci komanda olub.
Çempionlar Liqasının 1/4 finalına yüksəlməkdə rekord qıran komandaların tam siyahısı aşağıdakı kimidir:
- "Bavariya" (22 dəfə);
- “Real” (20 dəfə);
- Barselona (18 dəfə);
- "Mançester Yunayted" (14 dəfə);
- "Çelsi" (12 dəfə);
- "Yuventus" (12 dəfə).
Real Madrid növbəti matçını bazar günü, martın 10-da keçirəcək. Karlo Ançelottinin komandası İspaniya La Liqasının 28-ci turu çərçivəsində evdə "Selta Viqo" ilə qarşılaşacaq.
Fatimə Lətif