"Mançester Siti"nin baş məşqçisi əsəbiləşdi: “Futbolçularımın necə...”

İdman
13:19 / 07.03.2024
7581
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının bu mövsümdəki oyun cədvəlini tənqid edib.
Sfera.az bildirir ki, o, futbolçuların yorğun olduğunu dilə gətirib:
"Çempionlar Liqasında “Kopenhagen”lə oyunda mənə təzə ayaqlar lazım idi. Futbolçularımın necə yorğun olduğunu görürəm. Mənə belə çətin matça tab gətirə bilən insanlar lazım idi”.
Qeyd edək ki, “Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində cəmi bir xalla “Liverpul”dan geri qalır.
Fatimə Lətif