Bu türk dövlətində uşaqlara Putin, Tramp, Bayden ADLARI VERİLİR

Bu türk dövlətində uşaqlara Putin, Tramp, Bayden ADLARI VERİLİR

Qazaxıstan vətəndaşları övladlarına qeyri-adi adlar qoymağı sevir. 


Sfera.az “Ranking.kz”ya istinadən xəbər verir ki, rəsmi açıqlanan məlumatlara görə ölkədə bir nəfər Putin, bir nəfər Tramp  və səkkiz nəfər Bayden adını daşıyır.   


Qazaxıstan sakinləri siyasi və ölkə adlarını sevirlər. Siyasi liderlər arasında uşaqlara ən çox Kasım-Jomart Tokayevin adı verilir. Ölkədə 12 Qasım-Jomart yaşayır. 


Bundan başqa, fevralın sonunda respublikada Qazaxıstan adlı 24 nəfər, Astana adında 24 nəfər, Almatı adında 20 nəfər və Çimkənd adında 3 nəfər qeydiyyata alınıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR