"Ermənistan bizim müttəfiqimizdir, onlara firavanlıq arzulayırıq" - Rusiya XİN

“Ermənistana mövcud narahatlıqları azaltmaq üçün idarələrarası müzakirələr aparmaq təklif edilib”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı strukturunda sədrliyini davam etdirir və erməni tərəfdaşları ilə intensiv iş aparılır.

 

“Ali iqtisadi inteqrasiyanın beynəlxalq təşkilatıdır, dayanıqlı iqtisadi inkişaf məsələləri, üzv ölkələrin vətəndaşlarının rifahı ilə bağlı məsələlər burada öz həllini tapır. Bu platformada siyasi məsələlər müzakirə olunmur, ölkələr arasında münasibətlər qarşılıqlı fayda və bərabərlik kontekstində tənzimlənir. Bu əməkdaşlığın, şübhəsiz ki, öz müsbət nəticəsi var, o cümlədən son bir neçə ildə bir sıra iqtisadi göstəricilərə görə İttifaqda lider olan Ermənistan üçün....Bu imkanları isə İttifaqın ümumi bazarı təmin edir”, - Zaxarova vurğulayıb.

 

Ermənistanla Avropa İttifaqı arasında inkişaf edən münasibətlərdən danışan Rusiya XİN-in nümayəndəsi qeyd edib ki, İrəvan Qərbin yeni qurbanına çevrilmək təhlükəsindən çəkinməlidir.

 

“Kiyevə də etibarlı gələcək vəd edilmişdi, lakin sonra ondan imtina etdilər. Hesab edirəm ki, Ermənistanın timsalında bunu təkrarlamaq olmaz. Çünki Ermənistan soyqırımı, öz suverenliyi və mədəniyyəti uğrunda mübarizəni, mürəkkəb regional mübahisələri ehtiva edən çətin tarixi yol keçib. Ermənistan bizim müttəfiqimizdir, bizim o ölkə və xalqla davamlı tarixi əlaqələrimiz var və buna görə də onlara sülh, sabitlik və firavanlıq arzulayırıq. Bildiyiniz kimi, regionun sabitliyi də bundan qaynaqlanır”, - Zaxarova əlavə edib.

 

O, Avropa İttifaqının etibarlı tərəfdaş olmadığını və Qərbin Ermənistanı regiona giriş nöqtəsi hesab etdiyini bildirib.

 

Günay


OXŞAR XƏBƏRLƏR