Bu ölkədə uşaqlar və qadınlar əsir götürüldü - "Həmin terror təşkilatı..."

Hadisə
12:00 / 07.03.2024
6799
Nigeriyadakı "Boko Haram" terror təşkilatı onlarla qadın və uşağı qaçırıb.
Sfera.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb. Məlumatda qeyd olunub ki, qaçırılanların sayı 200-dən çoxdur.
"Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan "Boko Haram" və "ISWAP" terror təşkilatlarının hücumları ilə üzləşib".
Qeyd edək ki, bu terror təşkilatı 2014-cü ildə Borno əyalətinin dövlət məktəbindən 276 qız şagirdi qaçırıb.
Ülkər Abdurahmanlı