Bu uşaqlara aylıq 120 manat ödəniş edilir - Tələb olunan SƏNƏDLƏR + SİYAHI

Bu uşaqlara aylıq 120 manat ödəniş edilir - Tələb olunan SƏNƏDLƏR + SİYAHI

“Sosial müavinətlər haqqında” Qanuna son dövrlər edilən dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqlarına müavinətin verilməsidir. Belə ki, həmin qanunun 4-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq müavinətin verilməsi həyata keçirilir.

 

Hazırda aylıq müavinətin məbləği 120 manatdır.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu müavinət hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olduğu müddətdə ödənilir:

 

“Bu müavinət hərbi qulluqçuların ailə üzvlərinin sosial dəstəklənməsi baxımdan vacib olsa da, aparılan monitorinqlər göstərir ki, həmin ödənişlər barədə ictimai məlumatlandırma yüksək deyil. Müraciət etmə qaydalarına gəldikdə isə bu müavinəti almaq üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edilməlidir. Müavinət yalnız Azərbaycan vətəndaşlarına şamil edilmir. Eyni zamanda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər də müraciət etmək hüququna malikdirlər”.

 

Deputat qeyd edib ki, müraciət üçün tələb edilən sənədlərin sayı da çox deyil.

 

“Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi, həmin vətəndaşımızın müddətli həqiqi hərbi xidmətdə olmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı ilə müraciət etməsi mümkündür. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan məhkəməyə şikayət etmək hüququ var. Bir mühüm məqamda ondan ibarətdir ki, əgər hərbçimiz bu müavinət barədə gec məlumat əldə edibsə, o zaman ona müraciət edildiyi tarixdən əvvəlki üç il üçün də vəsait ödənilir. Yəni, bu müvinətin verilməsindən gec xəbər tutan və vəsaiti almaq hüququ olan vətəndaşlarımız əvvəlki 3 il üçün hesablanmış pulu da almaq hüququna malikdirlər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...