Rəsmlərindən milyonlarla dollar qazanan Piqkasso adlı donuz öldü

Rəsmlərindən milyonlarla dollar qazanan Piqkasso adlı donuz öldü

Cənubi Afrikada heyvan sığınacağında yaşayan və çəkdiyi rəsmlərdən 1,2 milyon dollardan çox “qazanan” 8 yaşlı Piqkasso adlı donuz bu gün vəfat edib.

 

Sfera.az bildirir ki, donuzu heyvan sığınacağı sahibi Coan Lefson bir vaxtlar kəsimdən xilas edib. Onun işləri Ed Westwick, Rafael Nadal və Jane Goodall kimi məşhurların kolleksiyalarını bəzəyir. Kütlənin sevimlisi "ilhamverici fiqur" adlandırılır və haqqında “incəsənət üçün burnu” olduğu deyilirdi. 

 

Rəsmlərindən 1 milyon dollardan çox qazanan və dünya tarixində ən uğurlu insan olmayan rəssam seçilən istedadlı donuz 8 yaşında idi.  Onun sahibi Joanne Lefson, 450 kiloluq heyvanın xroniki romatoid artrit səbəbindən öldüyünü açıqlayıb. Donuz xəstə və hər iki arxa ayağı topal idi.


Lefson: “Onun vəfat etdiyinə görə çox kədərlənirik. Eyni zamanda, yaxşı yaşanmış həyatı və onun etdiyi inqilabi dəyişiklikləri dərin ehtiramla yad edirik".

 

 

Heyvan fəalı olan Cənubi Afrikanın Franşhoek şəhərindən olan bir qadın, 2016-cı ilin mayında Piqkassonu cəmi dörd həftəlik olarkən qəssabxanadan xilas etməyə kömək edib.

 

"Piqkasso 6 aylıq olarkən donuz ətinə çevriləcəkdi. Bunun əvəzinə o, xilas edildi, böyüdü və onun qeyri-adi istedadı sayəsində milyonlarla insanı yemək yollarını yenidən düşünməyə ruhlandırdı"-deyə Lefson bildirib. 


Donuz Franşhoekdə xilas edilmiş təsərrüfat heyvanları üçün təhlükəsiz sığınacaq və qeyri-kommersiya tresti olan “Farm Sanctuary SA”da yaşayıb və “yaradıb”.

 

"Onun mirası daim bizimlə yaşayır və bizim missiyamız insanları daha mehriban, sülh şəraitində dünya yaratmağa ruhlandırmaqdır" Lefson əlavə edib. 

 

Piqkassonun işi Ed Westwick, Rafael Nadal və Jane Goodall kimi məşhurların kolleksiyalarını bəzəyir.

 

Qeyd edək ki, donuz 2016-cı ilin sonunda dünya şöhrəti qazanıb. Sahibinin ona fırça və kətan təqdim etməsindən sonra onun bacarığı ilə bağlı şayiələr sosial mediada yayılıb. Daha sonra donuz bir çox əsərə imza atıb. O, üzünü qırmızı boyaya batıraraq, “hazır yaradıcılığa” möhrünü vurub.


Donuz 2018-ci ildə Cənubi Afrikanın Keyptaun şəhərindəki “V&A Waterfront”da fərdi sərgisi olan ilk heyvan rəssamı olub. Daha sonra onun işi Hollandiya, Almaniya, Fransa, Çin və Böyük Britaniyada daha bir neçə sərgidə nümayiş etdirilib.

 

Onun "Vəhşi və Azad" adlı ən bahalı əsərlərindən biri bir alman alıcıya 25.000 dollardan çox qiymətə satılıb. Bununla da, bu əsər indiyə qədər heyvan tərəfindən çəkilmiş ən baha satılan sənət əsəri üzrə dünya rekordu qazanıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR