Keçmiş striptizçi Şahzadə Harrini yenidən biabır edir - 18+FOTOLAR

Keçmiş striptizçi Şahzadə Harrini yenidən biabır edir - 18+FOTOLAR

Şahzadə Harri unutmaq istədiyi hadisələrlə qarşılaşır. Qalmaqal 2012-ci ilin yayında baş verib.

 

Sfera.az bildirir ki, keçmiş striptizçi, 52 yaşlı Kerri Royal yenidən “Wynn” otelinin otağındakı əyləncə gecəsindən çəkdirdiyi açıq-saçıq fotoları mətbuata sızdırmaqla hədələyib. Xatırladaq ki, çılpaq Harrinin özü kimi yarıçılpaq qadın tərəfindən qucaqlandığı fotolardan biri “The Sun” tərəfindən yayımlanmış və çox böyük qalmaqala səbəb olmuşdu. “OnlyFans” modeli hadisələrin üstündən təxminən 12 il keçdikdən sonra, bundan daha açıq görüntülərə sahib olduğunu iddia edir.

 

"Məndə onun yaxşı vəziyyətdə olan yaxşı şəkilləri var. Bu şəkillər heç vaxt dərc olunmayıb. Məndə onun hovuz kənarında gecədən əvvəl çəkilmiş və Harrinin sarı paltarlı şəkilləri var. İnsanlar şoka düşəcəklər".


Görünür, Şahzadənin "The Spare" adlı xatirələrində ona məhəl qoymaması Kerrinin xoşuna gəlmirdi.

 

 

"Kitabında mənə əhəmiyyət verilmədiyi üçün bir az əsəbiləşdim. O gecə çox şey əldən verdi. Çox sərxoş olduğu üçün kiminsə adını xatırlamasına təəccüblənirəm, amma o bir neçə şey; məsələn aramızda baş verənlər haqqında danışa bilərdi”-deyə model açıqlayır. Kerri Harrinin "dəli" və "kortəbii" olduğunu da əlavə edib.

 

Qeyd edək ki, Kerri əvvəllər qalmaqal baş vermiş Los-Anceles otelində pul qazanmağa çalışan bir işçi olub. O, Şahzadə Harrinin məhşur striptiz şousu zamanı soyundurduğu qara şalvarı da hərraca çıxarır.


2012-ci ildə bir jurnalın üz qabığında yer alan bu şəkil Böyük Britaniyada böyük qalmaqala səbəb olub.


Striptizci qız səs-küylü məclisdən çıxarkən şahzadənin ona alt paltarını xatirə olaraq verdiyini də iddia edib.


Şahzadənin qalmaqallı fotoşəkilləri 2012-ci ilin iyulunda internetdə sürətlə yayılmışdı. Birinci kadrda 27 yaşlı Harri əlləri ilə bədənini örtüb. Onun arxasında çılpaq bir qız var. İkinci fotoda isə Harri qızı arxadan qucaqlayaraq fotoqrafa arxasını göstərir. Şahzadə əli ilə işarə tutur.


Şəkilləri dərc edən portalın məlumatına görə, şahzadə dostları ilə otelin barında qızlarla görüşüb, daha sonra onları otaqlarına dəvət edib. Striptiz-bilyard şousu təşkil edilib.

 

Qalmaqaldan sonra Harri helikopter pilotu kimi xidmət etdiyi Böyük Britaniya Hərbi Hava Qüvvələri komandanlığından şiddətli töhmət alıb, həmin vaxtkı sevgilisi Cressinda Bonet onu tərk edib. Ən əsası isə Kraliça Elizabet nəvəsinin vəzifəsinin yüksəldilməsini “Garter” ordeni təltifini qeyri-müəyyən müddətə təxirə saldı. Kraliça hesab edirdi ki, Böyük Britaniyada ən yüksək cəngavər ordeninin bəxtsiz nəvəsini öz sıralarına qəbul etməsinin “vaxtı hələ çatmayıb”.

 

Aynil

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR