İçərisində 500 sərnişin olan təyyarəni ildırım vurdu - VİDEO

Kanadada “Vankuver” Beynəlxalq Hava Limanından Londonun “Hitrou” hava limanına gedən “Boeing 777” havaya qalxarkən onu ildırım vurub. İldırım vurma anları lentə alınıb. Təyyarədə 500 sərnişin olub.
Sfera.az bildirir ki, videonu 19 yaşlı pilot olmaq istəyən Ethan West yerləşdirib. Gəncin dediyinə görə, həmin gün o, “Boeing 777”nin qalxmasını izləmək üçün “Vankuver” hava limanına getmək qərarına gəlib.
"Londona uçmalı olan “Boeing 777-300” uçuşunu gördüm. “Boeimg 777” mənim sevimli təyyarələrimdən biridir və ən böyük iki mühərrikli təyyarədir. Ona görə də uçuşu lentə almağın maraqlı olacağını düşündüm".
“Boeing 777” ildırım vurduqdan sonra təxminən 4 min kilometr uçdu. Pilotlar avadanlığı yoxlayıb və havaya qalxdıqları aerodroma qayıtmamaq qərarına gəliblər.
Təyyarə vaxtında Londonun “Hitrou” hava limanında eniş edib. Daha sonra təyyarəyə baxış keçirilib, portalda qeyd olunub və məlum olub ki, heç bir ziyan yoxdur. Qeyd edək ki, ABŞ Milli Hava Xidmətinin məlumatına görə, ildırım sərnişin təyyarələrini ildə bir və ya iki dəfə vurur.
Qeyd edək ki, təyyarəsinin Kanadadan Böyük Britaniyaya getməli olduğu məsafə təxminən 7500 km-dir. Təxmini uçuş müddəti isə doqquz saatdır.
Aynil
Sfera.az